...

Makron və Ərdoğan Azərbaycan və Ermənistan arasında sülh prosesini müzakirə ediblər

Siyasət Materials 21 Avqust 2025 16:52 (UTC +04:00)
Makron və Ərdoğan Azərbaycan və Ermənistan arasında sülh prosesini müzakirə ediblər
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fransa prezidenti Emmanuel Makron və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan və Ermənistan arasında sülh prosesini müzakirə ediblər.

Trend xəbər verir ki, bu barədə Emmanuel Makron "X" sosial şəbəkə hesabında məlumat verib.

"Biz 8 avqustda Prezident Trampın təşəbbüsü ilə Ermənistan və Azərbaycan arasında keçirilən görüşlə bağlı ümidlərimizi qeyd etdik. Tərəqqinin davam etməsi və bütün sərhədlərin açılmasına və regional əməkdaşlığın güclənməsinə səbəb olması vacibdir", - o yazıb.

Bundan əlavə, dövlət başçıları Fransanın iddialı ikitərəfli gündəm üzərində işləməyə hazır olduğunu təsdiqləyiblər.

Xəbər lenti

Xəbər lenti