Bakı. Trend:
Polşa Rusiyaya etiraz notası verib.
Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.
Məlumata görə, Polşa Xarici İşlər Nazirliyi ölkənin şərqində pilotsuz uçuş aparatının düşməsi ilə bağlı Rusiyaya etiraz notası təqdim edib.
Nazirliyin mətbuat xidmətinin açıqlamasına görə, Varşava bunu “qəsdən törədilmiş təxribat” və “Polşaya qarşı növbəti düşmənçilik aktı” kimi qiymətləndirir.