...

“Roma”nın yeni transferi ilk məşqdə zədələndi

İdman Materials 21 Avqust 2025 19:00 (UTC +04:00)
“Roma”nın yeni transferi ilk məşqdə zədələndi

Bakı. Trend:

İtaliyanın “Roma” komandasının İngiltərə təmsilçisi "Aston Villa"dan icarəyə götürdüyü Leon Beyli sıradan çıxıb.

Trend bu barədə ölkənin yerli KİV-lərinə istinadən xəbər verir.

Məlumata görə, 28 yaşlı hücumameyilli yarımmüdafiəçi yeni komandası ilə çıxdığı ilk məşqdə bud sümüyündən zədə alıb.

Qeyd edək ki, Leon Beyli “Aston Villa”ya 2021-ci ildə Almaniyanın “Bayer” klubundan transfer olunmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti