Bakı. Trend:
Böyük Britaniya Müdafiə Nazirliyi son dörd ildə Əfqanıstan vətəndaşlarının ölkəyə köçürülməsi ilə bağlı müraciətləri idarə edən bölmədə ümumilikdə 49 məlumat pozuntusunun baş verdiyini etiraf edib.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, həmin hallardan yalnız dördü indiyədək ictimaiyyətə məlum olub. Onlardan ən böyüyü 2022-ci ildə baş verib.
Bu hadisə nəticəsində minlərlə əfqan gizli şəkildə Böyük Britaniyaya köçürülmüşdü.