...

"Zirə"nin futbolçusuna 4 oyunluq cəza verildi

İdman Materials 21 Avqust 2025 17:45 (UTC +04:00)
"Zirə"nin futbolçusuna 4 oyunluq cəza verildi
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Trend xəbər verir ki, toplantına Əvəzedicilər liqasının I turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

18.08.2025-ci il tarixində Əvəzedicilər liqasının I turunun “Zirə-2” – “Neftçi-2” oyununun 90+4-cü dəqiqəsində “Zirə-2” komandasının 27 nömrəli futbolçusu Murad Ələkbərov təcavüzkar davranışa (rəqibi vurduğuna) görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalansın, “Zirə-2” komandası 300 manat cərimə edilsin (maddə 45.1);

18.08.2025-ci il tarixində Əvəzedicilər liqasının I turunun “Zirə-2” – “Neftçi-2” oyununda “Neftçi-2” komandasının 6 futbolçusu sarı vərəqə aldığı üçün “Neftçi-2” komandası 70 manat cərimə edilsin (maddə 43.1);

18.08.2025-ci il tarixində Əvəzedicilər liqasının I turunun “Şamaxı-2” – “Qarabağ-2” oyununun 51-ci dəqiqəsində “Qarabağ-2” komandasının 25 nömrəli futbolçusu Cavid Məlikov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalansın, “Qarabağ-2” komandası 100 manat cərimə edilsin (maddə 46);

18.08.2025-ci il tarixində Əvəzedicilər liqasının I turunun “Qəbələ-2” – “Kəpəz-2” oyununda hakim-inspektor matçın videoyazısı ilə təmin edilmədiyinə görə “Qəbələ-2” komandası 100 manat cərimə edilsin (maddə 56.2);

18.08.2025-ci il tarixində Əvəzedicilər liqasının I turunun “Sabah-2” – “Turan Tovuz-2” oyunu “Turan Tovuz-2” komandasının matça gec gəlməsi səbəbindən 30 dəqiqə gec başladığına görə “Turan Tovuz-2” komandası 300 manat cərimə edilsin (maddə 78);

18.08.2025-ci il tarixində Əvəzedicilər liqasının I turunun “Sabah-2” – “Turan Tovuz-2” oyununda “Turan Tovuz-2” komandasının 6 futbolçusu sarı vərəqə aldığı üçün “Turan Tovuz-2” komandası 70 manat cərimə edilsin (maddə 43.1);

18.08.2025-ci il tarixində Əvəzedicilər liqasının I turunun “Sabah-2” – “Turan Tovuz-2” oyununda “Sabah-2” komandasının 6 futbolçusu sarı vərəqə aldığı üçün “Sabah-2” komandası 70 manat cərimə edilsin (maddə 43.1).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti