...

Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsinə start verilib

İqtisadiyyat Materials 21 Avqust 2025 10:58 (UTC +04:00)
Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsinə start verilib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Baş nazir Əli Əsədov Prezident İlham Əliyevin “Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsi haqqında” 11 avqust 2025-ci il tarixli sərəncamının icrasının təmin edilməsi barədə sərəncam imzalayıb.

Trend xəbər verir ki, sərəncama əsasən, Sumqayıt Şəhər İcra Hakimiyyəti İqtisadiyyat Nazirliyi ilə razılaşdırmaqla, Sumqayıtın Sülh prospektində yerləşən və “Azərboru” ASC-nin istifadəsindəki dövlət mülkiyyətində olan sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına aid 26,6676 hektar torpaq sahəsinin icarəyə vermək hüququ ilə İqtisadi Zonaların İnkişafı Agentliyinin istifadəsinə verilməsini iki ay müddətində təmin etməli və bu barədə Nazirlər Kabinetinə məlumat verməli, sərəncamdan irəli gələn məsələləri həll etməlidirlər.

Bu Sərəncamın icrası Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Aqrar və ekologiya şöbəsinə həvalə edilib və qeyd edilib ki, Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti