Bakı. Trend:
Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Rusiyaya təqribən 61,1 milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edilib.
Trend-in Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, bu miqdarda elektrik enerjisinin ixracından əldə olunan gəlir 2,7 milyon ABŞ dolları olub.
Rusiyaya elektrik enerjisi ixracı ötən ilin eyni dövrü ilə müqayisədə həcm ifadəsi ilə 6,9 milyon kVt/saat və ya 12,8%, dəyər ifadəsi ilə 865 min ABŞ dolları, yaxud 46,7% artıb.
Eyni zamanda, 2025-ci ilin ilk 6 ayı ərzində Rusiyadan Azərbaycana 1,4 milyon ABŞ dolları dəyərində, 41,5 milyon kVt/saat həcmində elektrik enerjisi satılıb.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 71 min ABŞ dolları və ya 5,3% çox, həcm ifadəsində isə 5,4 milyon kVt/saat və ya 11,5% azdır.
Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycandan ümumilikdə dörd ölkəyə - Rusiya, Gürcüstan, İran və Türkiyəyə 38,5 milyon ABŞ dolları dəyərində, 679,8 milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edilib.
Həmçinin hesabat dövründə Rusiya, Gürcüstan və İrandan Azərbaycana 3,2 milyon ABŞ dolları dəyərində 79 milyon kVt/saat elektrik enerjisi idxal edilib.