...

MN korpusunun sabiq maliyyə rəisi 6 milyonluq mənimsəmədə ittiham olunur

Gündəm Materials 21 Avqust 2025 18:48 (UTC +04:00)
MN korpusunun sabiq maliyyə rəisi 6 milyonluq mənimsəmədə ittiham olunur
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Müdafiə Nazirliyinin “N” saylı korpusunun Maliyyə xidmət rəisi vəzifəsini icra etmiş Namiq Mirzəyevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Trend xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Bilal Məmmədovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.

İttihama görə, təqsirləndirilən şəxs Goranboy və Kəlbəcər rayonlarında yerləşən hərbi hissələrdə xidmət etdiyi dövr ərzində tamah məqsədilə dövlət əmlakını xüsusilə külli miqdarda mənimsəyib. Təqsirləndirilən şəxs müxtəlif şəxslərin adına olan bank kartlarına pul köçürərək qanunsuz şəkildə nağdlaşdırıb.

İttiham aktına münasibət bildirən cinayət işi üzrə təqsirləndirilən Namiq Mirzəyev ittihamla razılaşmadığını, özünü qismən təqsirli hesab etdiyini bildirib: “Mən 179.4 və 308-ci maddələr ilə ittiham olunuram. 308-ci maddə ilə özümü təqsirli bilsəm də, digər maddə ilə qismən təqsirli bilirəm. Mən dövlətə 43.800 manat ziyan ödəmişəm. Hazırda həbsdə olduğum üçün ödəniş edə bilmirəm”.

Daha sonra şahidlər ifadə verib. Onlar ibtidai istintaqa verdikləri ifadəni təsdiq ediblər.

Məhkəmə digər 4 şahidin ifadəsi ilə avqustun 27-də davam etdiriləcək.

Qeyd edək ki, Namiq Mirzəyev ötən ilin avqust ayında DTX-nın vəsatəti əsasında həbs edilib.

Təqsirləndirilən Namiq Mirzəyev AR Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə ittiham olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti