...

Azərbaycan Gürcüstana təbii qaz ixracını 2 dəfədən çox artırıb

Yaşıl iqtisadiyyat Materials 21 Avqust 2025 13:13 (UTC +04:00)
Azərbaycan Gürcüstana təbii qaz ixracını 2 dəfədən çox artırıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Gürcüstana 1,1 milyard kubmetr qaz ixrac edilib.

Trend bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 0,2 milyard kubmetr və ya 18,2% azdır.

Belə ki, 2024-cü ilin yanvar-iyun aylarında Azərbaycan Gürcüstana 1,3 milyard kubmetr qaz satmışdı.

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun aylarında ölkədə 25,2 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 6,6 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”nin, 13,8 milyard kubmetri “Şahdəniz”in, 0,8 milyard kubmetri “Abşeron” yatağının, 4 milyard kubmetrə yaxını isə SOCAR-ın payına düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti