...

Sabah yağış yağacaq

Cəmiyyət Materials 21 Avqust 2025 12:42 (UTC +04:00)
Sabah yağış yağacaq
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Trend xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Güclü şimal-qərb küləyi günün ikinci yarısından zəifləyəcək.

Bildirilib ki, avanın temperaturu gecə +21 dərəcədən +25 dərəcəyədək, gündüz +26 dərəcədən +30 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-45 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Qərb ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə +21 dərəcədən +25 dərəcəyədək, gündüz +31 dərəcədən +36 dərəcəyədək, dağlarda gecə +10 dərəcədən +15 dərəcəyədək, gündüz +18 dərəcədən +23 dərəcəyədək olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti