Gəncə.Trend:
Prezidentin izi ilə təşkil edilmiş səfər çərçivəsində Gəncə şəhərinə media tur təşkil edilib.
Trend-in yerli bürosunun xəbərinə görə, media nümayəndələri ilk olaraq Gəncə şəhər stadionunda olub orada aparılan tikinti işlərinin gedişi ilə bağlı məlumat verilib.
Bildirilib ki, Prezident İlham Əliyevin 2023-cü ildə imzaladığı Sərəncama əsasən, Gəncə şəhər stadionunun yenidənqurma işlərinin layihələndirilməsi və həyata keçirilməsi üçün Prezidentin ehtiyat fondundan ilkin olaraq bir milyon manat ayrılıb. Ötən il aprelin 9-da Prezident İlham Əliyev stadionun təməlini qoyub.