Bakı. Trend:
ABŞ vitse-prezidenti Cey Di Vens Ağ Evdə jurnalistlərə bildirib ki, ABŞ vaxtaşırı nüvə silahı sınaqları keçirməlidir.
Trend xəbər verir ki, o qeyd edib ki, həm ABŞ-ın, həm də Rusiya və Çinin böyük nüvə arsenalı var və bu silahların düzgün və etibarlı işlədiyinə əmin olmaq üçün bəzən sınaqların keçirilməsi zəruridir.
Vitse-prezident sınaqlar zamanı ABŞ-ın yenidən nüvə partlayışları həyata keçirməyə hazır olub-olmaması barədə aydınlıq gətirməyib.
 
                                    