...

Viləşçay su anbarında batan yaşlı kişinin meyiti tapılıb

Gündəm Materials 21 Avqust 2025 19:30 (UTC +04:00)
Viləşçay su anbarında batan yaşlı kişinin meyiti tapılıb
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı. Trend:

Xəbər verildiyi kimi, 20 avqust 2025-ci il tarixində Masallı rayonunun İsi kəndi yaxınlığında Viləşçay su anbarında 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən dərhal axtarışlara başlanılıb.

Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilir ki, axtarışlar nəticəsində su anbarında batmış 1959-cu il təvəllüdlü Aslanov Mirmusa Güləhməd oğlunun meyiti bu gün suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti