...

Müğənni Rəqsanə İsmayılovanın apellyasiya şikayəti təmin edilməyib

Hadisə Materials 21 Avqust 2025 15:41 (UTC +04:00)
Müğənni Rəqsanə İsmayılovanın apellyasiya şikayəti təmin edilməyib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Dələduzluqda ittiham olunaraq həbs edilən müğənni Rəqsanə İsmayılova barəsində seçilmiş həbs qətimkan qərarından apellyasiya şikayəti verib.

Trend xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə qərar qəbul olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

Qeyd edək ki, avqustun 16-da Sabunçu rayonunda polis əməkdaşlarının vətəndaşlardan daxil olan şikayətlər əsasında həyata keçirdikləri tədbirlər nəticəsində dələduzluq etməkdə təqsirli bilinən 1979-cu il təvəllüdlü İsmayılova Rəqsanə İsmayıl qızı saxlanılıb.

Araşdırmalarla müəyyən edilib ki, o, iki nəfər zərərçəkən şəxsin ümumilikdə 35.000 manat dəyərində qızıl-zinət əşyalarını və 520.000 ABŞ dolları məbləğində pulunu dələduzluqla ələ keçirib.

Qeyd edilən faktlarla bağlı cinayət işi başlanılıb və R.İsmayılova təqsirləndirilən qismində saxlanılaraq istintaqa cəlb olunaraq məhkəmənin qərarı ilə 4 ay müddətində həbs qətimkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti