Bakı. Trend:
"Bayer" müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, "qara-qırmızılar" "Sevilya"dan Loin Badeni transfer edib.
"Bayer" fransalı mərkəz müdafiəçisi üçün İspaniya klubuna 25 milyon avro təzminat ödəyəccək.
25 yaşlı futbolçu ilə 2030-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.