...

Ağcabədidə maye qaz doldurma məntəqəsində partlayış baş verib, 3 nəfər xəsarət alıb (FOTO/VİDEO) (YENİLƏNİB)

Hadisə Materials 21 Avqust 2025 23:14 (UTC +04:00)
Ağcabədidə maye qaz doldurma məntəqəsində partlayış baş verib, 3 nəfər xəsarət alıb (FOTO/VİDEO) (YENİLƏNİB)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Ağcabədi. Trend:

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Ağcabədi rayonu, Aşağı Avşar kəndi ərazisində fəaliyyət göstərən maye qazdoldurma məntəqəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə Trend-ə FHN-dən bildirilib.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Ağcabədi rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının məntəqənin ərazisində yerləşən ofisdə baş verdiyi və maye qazla dolu çənə keçmə riskinin yüksək olduğu müəyyən edilib.

Yanğınsöndürənlər tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənərək yanacaqdoldurma məntəqəsinin ərazisinə yayılmasına və yanacaq çəninə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 16 m² ofisin yanar konstruksiyaları yanıb. Vətəndaşlar - 1979-cu il təvəllüdlü Qurbanov Ruslan İslam oğlu, 1988-ci il təvəllüdlü Şükürov Samir Hüseyn oğlu və 2013-cü il təvəllüdlü Şükürov Ramil Samir oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar.

Ərazisdəki digər tikililər və həcmi 20 kub.m. olan maye qazla dolu çən yanğından mühafizə olunub.

XXX

22:45

Ağcabədidə maye qaz doldurma məntəqəsində baş verən partlayış zamanı 3 nəfər xəsarət alıb.

Trend-in Qarabağ bürosunun xəbərinə görə, partlayış hadisəsi rayonun Avşar kəndi ərazisində yerləşən maye qaz doldurma məntəqəsində baş verib.

Baş vermiş partlayış zamanı 1979-cu il təvəllüdlü Qurbanov Ruslan İslam oğlu, 2013-cu il təvəllüdlü Şükürov Ramil Samir oğlu və 1988-ci il təvəllüdlü Şükürov Samir Hüseyn oğlu müxtəlif dərəcəli xəsarət alaraq Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırıb. Hadisə yerinə FHN-nin Ağcabədi rayon yanğınsöndürən əməkdaşları gələrək yanğını söndürüb.

Yanğının geniş ərazilərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma başlanıb.

Xəbər lenti

Xəbər lenti