Bakı. Trend:
MİDA Yasamal Yaşayış Kompleksində yerləşən və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən yeni təhvil alınmış 351 nömrəli körpələr evi-uşaq bağçasının müvafiq qaydalara uyğun olaraq fəaliyyətə başlaması üçün zəruri prosedurlar tamamlanıb.
Trend xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb.
Bildirilib ki, valideynlər 21 avqust 2025-ci il saat 11:00-dan etibarən www.bq.edu.az elektron qeydiyyat sistemi vasitəsilə qeydiyatdan keçə bilərlər.
"Qeyd edək ki, MİDA Yasamal Yaşayış Kompleksində 345 nömrəli
körpələr evi-uşaq bağçası da fəaliyyət göstərir.
Onu da qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrinin
infrastrukturunun yenilənməsi və şəbəkəsinin genişləndirilməsi
baxımından davamlı tədbirlər, sosial inkişafa xidmət edən
proqramlar həyata keçirilməkdədir",- deyə əlavə edilib.