...

Ermənistan vətəndaşları qarşıdan gələn seçkilərdə sülh və qeyri-sülh arasında seçim etməlidir - Paşinyan

Siyasət Materials 21 Avqust 2025 13:27 (UTC +04:00)
Ermənistan vətəndaşları qarşıdan gələn seçkilərdə sülh və qeyri-sülh arasında seçim etməlidir - Paşinyan
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı fikirlər, çağırışlar, mülahizələr var, lakin onların etibarlılığı hələ də yoxlanılmalıdır.

Trend Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan avqustun 21-də jurnalistlərlə söhbətində belə deyib.

O bildirib ki, qarşıdan gələn seçkilərdə vətəndaşlar sülh və qeyri-sülh arasında seçim etməlidir.

"Hakimiyyət Azərbaycanla sülh sazişinin mümkün qədər tez imzalanması və ratifikasiyası üzərində işləyib, gündəlik işləyir və çalışacaq", - deyə Nikol Paşinyan yekunlaşdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti