Bakı. Trend:
Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Gürcüstana təqribən 464,6 milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edilib.
Trend-in Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, bu miqdarda elektrik enerjisinin ixracından əldə olunan gəlir 26,6 milyon ABŞ dolları olub.
Gürcüstana elektrik enerjisi ixracı ötən ilin eyni dövrü ilə müqayisədə həcm ifadəsi ilə 32 milyon kVt/saat və ya 7,4%, dəyər ifadəsi ilə 4,6 milyon ABŞ dolları, yaxud 20,8% artıb.
Eyni zamanda, 2025-ci ilin ilk 6 ayı ərzində Gürcüstandan Azərbaycana 1,3 milyon ABŞ dolları dəyərində, 20,8 milyon kVt/saat həcmində elektrik enerjisi satılıb.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 486 min ABŞ dolları və ya 26,4% az, həcm ifadəsində isə 7,5 milyon kVt/saat və ya 26,4% azdır.
Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycandan ümumilikdə dörd ölkəyə - Rusiya, Gürcüstan, İran və Türkiyəyə 38,5 milyon ABŞ dolları dəyərində, 679,8 milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edilib.
Həmçinin hesabat dövründə Rusiya, Gürcüstan və İrandan Azərbaycana 3,2 milyon ABŞ dolları dəyərində 79 milyon kVt/saat elektrik enerjisi idxal edilib.