...

“Kahı” yükündən külli miqdarda narkotik vasitə aşkar edildi

Cəmiyyət Materials 21 Avqust 2025 10:44 (UTC +04:00)
“Kahı” yükündən külli miqdarda narkotik vasitə aşkar edildi
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Astara Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində növbəti dəfə külli miqdarda narkotik vasitə - marixuana aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Bu barədə Trend Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, “Astara” gömrük postunda Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına yenə də “kahı” yükü aparan nəqliyyat vasitəsi gömrük yoxlamasına cəlb edilib.

Kinoloji xidmət itinin tətbiqi ilə həyata keçirilən yoxlama zamanı dörd ədəd paletdəki yeşiklərdən üzəriləri kahı yükü ilə örtülərək gömrük nəzarətindən gizlədilən 76 ədəd bağlamada, qablaşdırılmaları ilə birlikdə ümumi təqribi çəkisi 70 kiloqram 410 qram narkotik vasitə - marixuana aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti