...

Maskın siyasi partiya yaratmasını böyük səhvdir - ABŞ vitse-prezidenti

Dünya xəbərləri Materials 21 Avqust 2025 04:22 (UTC +04:00)
Maskın siyasi partiya yaratmasını böyük səhvdir - ABŞ vitse-prezidenti

Bakı. Trend:

İş adamı İlon Maskın siyasi partiya yaratmaq cəhdi “böyük səhvdir”.

Trend-in məlumatına görə, bu barədə ABŞ vitse-prezidenti Cey Di Vens "Fox News" televiziya kanalına müsahibəsində deyib.

Onun sözlərinə görə İ.Mask ABŞ prezidenti Donald Trampın administrasiyasında işlədikdən sonra artıq respublikaçılarla demokratlar arasında orta xətti tuta bilməyəcək.

"Düşünürəm ki, İlon Maskın üçüncü partiya yaratmaq səylərini davam etdirməsi çox böyük səhv olardı. Onun üçün arqumentim ondan ibarətdir ki, o, istəsə də, istəməsə də, o, artıq solçular tərəfindən sağın tərəfdarı kimi qəbul edilir. İlonun həm demokratların, həm də respublikaçıların onu sevdiyi bəzi orta yerə qayıda biləcəyi ideyası həyata keçirilə bilməz.", - deyə o bildirib.

Qeyd edək ki, İyulun 5-də İ.Mask ABŞ-da "Amerika" Partiyasının yaradıldığını elan etdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti