...

Niderland Ukraynaya yardım etmək üçün Polşaya "Patriot" sistemini və qoşun göndərəcək

Dünya xəbərləri Materials 21 Avqust 2025 06:52 (UTC +04:00)

Bakı. Trend:

Niderland Polşaya iki "Patriot" hava hücumundan müdafiə sistemi bağışlayacaq və ölkəyə 300 əsgər göndərəcək.

Trend-in məlumatına görə, bu barədə Niderland Müdafiə Nazirliyi xəbər verib.

Nazirlik bildirib ki, məqsəd 2026-cı il dekabrın 1-dən iyunun 1-dək NATO-nun Ukrayna üçün Təhlükəsizliyə Yardım və Təlim Proqramının logistika mərkəzinin təhlükəsizliyini təmin edilməsidir.

"Bu yerləşdirmə üç əsas məqsədə xidmət edir: NATO ərazisinin müdafiəsi, Rusiyanın təcavüzünün qarşısının alınması və Ukraynaya sarsılmaz dəstək. Bu yolla biz Rusiya təhlükəsini mümkün qədər uzaqlaşdırırıq", - deyə Niderland müdafiə naziri Ruben Brekelmans qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti