Bakı. Trend:
Bu günədək Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə 83,36 milyard kubmetr Azərbaycan qazı nəql edilib.
Bu barədə Trend Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəmə “SOCAR Türkiye” şirkətinə istinadən xəbər verir.
Bildirilib ki, TANAP-la qaz nəqlinin 34 milyard kubmetri Türkiyəyə, 49 milyard kubmetri isə Avropaya çatdırılıb.
Qeyd edək ki, TANAP Cənub Qaz Dəhlizinin əsas halqası olaraq Azərbaycan qazını Bakıdan İtaliyaya qədər uzanan xətt vasitəsilə daşıyır.
TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.