...

Ötən gün qanunsuz saxlanılan silah-sursat aşkar edilib

Hadisə Materials 21 Avqust 2025 10:32 (UTC +04:00)
Ötən gün qanunsuz saxlanılan silah-sursat aşkar edilib
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Avqustun 20-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 tapança, 2 qumbara, 1 alışdırıcı, 9 tüfəng, 1 patron darağı və 193 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir .

Məqalədə:
Xəbər lenti

Xəbər lenti