...

Türkmənistandan Azərbaycana idxal edilmiş təbii qazın həcmi 38% azalıb

Energetika Materials 21 Avqust 2025 16:06 (UTC +04:00)
Türkmənistandan Azərbaycana idxal edilmiş təbii qazın həcmi 38% azalıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-iyun aylarında Azərbaycana Türkmənistandan 187 milyon kubmetr həcmində təbii qaz idxal edilib.

Trend-in Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, bu həcmdə qazın alışına çəkilən xərc 28 milyon ABŞ dolları olub.

Məlumata əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 17,4 milyon ABŞ dolları və ya 38,2%, həcm baxımından isə 116 milyon kubmetr və yaxud 38,3% azdır.

Qeyd edək ki, cari ilin yanvar-iyun aylarında Azərbaycana xarici ölkələrdən 32 milyon ABŞ dolları dəyərində 208,2 milyon kubmetr qaz halında təbii qaz idxal edilib. Təbii qazın idxalı ötən ilin eyni dövrü ilə müqayisədə həcm ifadəsi ilə 94,8 milyon kubmetr və ya 31,3%, dəyər ifadəsi ilə isə 13,5 milyon ABŞ dolları, yaxud da 29,6% azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti