...

Xətaidə tullantılar sahəsində baş vermiş yanğın ərazisinə polislər cəlb edilib

Hadisə Materials 21 Avqust 2025 17:14 (UTC +04:00)
Xətaidə tullantılar sahəsində baş vermiş yanğın ərazisinə polislər cəlb edilib
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda tullantılar yığılmış sahədə baş vermiş yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Bakının Xətai rayonu Ə.Şıxlinski küçəsində tullantılar yığılmış sahədə baş vermiş yanğınla əlaqədar polis əməkdaşları, eləcə də dövlət yol polisinin naryadları hadisə yerinə cəlb edilib.

"Polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilərək təhlükəsizlik tədbirləri görülür, sürücülərə alternativ yollarla hərəkət etmələri barədə istiqamətlər verilir",- deyə məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti