...

Çindən Azərbaycana elektromobil ixracı azalıb

İqtisadiyyat Materials 21 Avqust 2025 18:18 (UTC +04:00)
Çindən Azərbaycana elektromobil ixracı azalıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-iyun aylarında Çindən Azərbaycana 11,2 milyon ABŞ dolları dəyərində 415 ədəd yalnız elektrik mühərriki ilə hərəkətə gətirilən nəqliyyat vasitələri ixrac edilib.

Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 35,5 milyon ABŞ dolları və ya 4,2 dəfə, həcm baxımından isə 798 ədəd və ya 2,9 dəfə azdır.

Belə ki, 2024-cü ilin yanvar-iyun aylarında Çindən Azərbaycana 31,6 milyon ABŞ dolları dəyərində təqribən 929 ədəd yalnız elektrik mühərriki ilə hərəkətə gətirilən nəqliyyat vasitələri ixrac edilmişdi.

Ümumilikdə, 2025-ci ilin ilk 6 ayında Azərbaycana 14 ölkədən 62,2 milyon ABŞ dolları dəyərində 1505 ədəd yalnız elektrik mühərriki ilə hərəkətə gətirilən nəqliyyat vasitələri idxal edilib. Bu isə bir il əvvəlki göstərici ilə müqayisədə dəyər ifadəsində 30,6 milyon ABŞ dolları və ya 2 dəfə, həcm baxımından isə 576 ədəd və yaxud 1,6 dəfə azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti