...

Cəlilabadda yanğın törədən şəxs məsuliyyətə cəlb edilib

Cəmiyyət Materials 21 Avqust 2025 19:50 (UTC +04:00)
Cəlilabadda yanğın törədən şəxs məsuliyyətə cəlb edilib
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı. Trend:

Avqustun 21-də Cəlilabad rayonu Söyüdlü kəndinin ərazisindəki əkin sahəsində yanğın törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Trend-ə bildirilib ki, araşdırmalarla yanğının 1980-ci il təvəllüdlü Oqtay Abbasov tərəfindən törədildiyi məlum olub.

Hadisə nəticəsində 2 hektar ərazidə quru ot və kol-kos yanıb.

Əməli törədən O.Abbasov barəsində məsuliyyət tədbiri görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti