...

Azərbaycanda günəş elektrik stansiyalarının enerjisistemə inteqrasiyası ilə bağlı 24,2 milyon manatlıq LAYİHƏ

Energetika Materials 21 Avqust 2025 20:20 (UTC +04:00)
Azərbaycanda günəş elektrik stansiyalarının enerjisistemə inteqrasiyası ilə bağlı 24,2 milyon manatlıq LAYİHƏ
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda 100 MVt-lıq günəş elektrik stansiyaların enerjisistemə inteqrasiyası ilə əlaqədar 110 kV-luq 2 dövrəli elektrik veriliş xətləri tikiləcək.

Trend-in məlumatına görə, "Azərenerji" Açıq Səhmdar Cəmiyyəti (ASC) artıq bununla bağlı müvafiq işlərə yekun vurub.

Belə ki, ASC sözügedən işlərin icrasını "Azərelektrik Tikinti Quraşdırma" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.

Müqaviləyə əsasən, MMC-yə 24 165 668 manat ödənilib.

İşlərin həvalə olunduğu "Azərelektrik Tikinti Quraşdırma" MMC 2019-cu ildə dövlət qeydiyyatına alınıb.

Nizamnamə kapitalı 10 manat olan MMC-nin qanuni təmsilçisi Əşrəfzadə Ziya Mustafa oğludur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti