...

Azərbaycanda dizel yanacağı istehsalı 4%-ə yaxın artıb

İqtisadiyyat Materials 21 Avqust 2025 19:19 (UTC +04:00)
Azərbaycanda dizel yanacağı istehsalı 4%-ə yaxın artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 1,4 milyon ton qazoyllar (dizel yanacağı) istehsal edilib.

Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 52,5 min ton və ya 3,9% çoxdur.

Belə ki, ötən ilin yanvar-iyul aylarında ölkədə 1,3 milyon ton qazoyllar (dizel yanacağı) istehsal olunmuşdu.

Bu ilin avqustun 1-i vəziyyətinə hazır məhsul ehtiyatı 143,9 min ton təşkil edib.

Qeyd edək ki, Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 3,1 milyard manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,4 faiz artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti