...

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi aşağı salınıb

Hadisə Materials 21 Avqust 2025 21:05 (UTC +04:00)
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi aşağı salınıb

Bakı. Trend:

Hazırda Bakıda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Trend xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bununla bağlı Mərkəzin əməkdaşları tərəfindən məlumat sürət tablolarında “güclü külək” işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.

Xəbər lenti

Xəbər lenti