Bakı.Trend:
Qars-İğdır-Aralık-Dilucu dəmiryolu xəttinin təməlqoyma mərasimi keçirilib.
Trend bu barədə Türkiyə KİV-lərinə istinadən xəbər verir.
Təməlqoyma mərasimində çıxış edən Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib ki, Qars-Iğdır-Aralık-Dilucu dəmir yolunun uzunluğu 224 kilometr təşkil edəcək.
O əlavə edib ki, bu dəmir yolu xətti ildə 5,5 milyon sərnişin və 15 milyon ton yük daşımaq gücündə olacaq.