Bakı. Trend:
Rusiyanın Kamçatka diyarında 5,3 maqnitudalı zəlzələ baş verib.
Trend xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.
Zəlzələ ocağı 22 km dərinlikdə yerləşib. Zəlzələ Petropavlovsk-Kamçatskidən 373 km aralıda baş verib.
Zərərçəkənlər və dağıntılar barədə məlumat verilməyib.