...

"Barselona" ilk oyununu səfərdə keçirəcək

İdman Materials 22 Avqust 2025 01:24 (UTC +04:00)
"Barselona" ilk oyununu səfərdə keçirəcək

Bakı. Trend:

UEFA "Barselona"ya Çempionlar Liqasındakı ilk oyununu səfərdə keçirməyə icazə verib.

Trend xəbər verir ki, AS nəşrinin məlumatına görə, Avropa futbolunun ali qurumu Kataloniya klubunun müraciətini qeyri-rəsmi şəkildə müsbət cavablandırıb. Beləliklə, "Barselona" qrup mərhələsində ev oyununa yalnız sentyabrın sonunda çıxacaq. Bu da "Kamp Nou"nun turnirə tam hazır olmasına imkan yaradacaq.

Cümə axşamı UEFA nümayəndələri hazırda rekonstruksiya olunan stadionu ziyarət ediblər.

Qaydalara əsasən, Çempionlar Liqasının qrup mərhələsində bütün ev oyunları eyni arenada keçirilməlidir. Bu səbəbdən "Barselona" əgər "Kamp Nou" vaxtında hazır olmasa, bütün 4 ev oyununu "Olimpik Lluís Companys" stadionunda keçirməlidir. Klub matçların dəqiq məkanını UEFA-ya avqustun 28-dən gec olmayaraq bildirməlidir.

Xəbər lenti

Xəbər lenti