Bakı. Trend:
"Yuventus"un yarımmüdafiəçisi Artur yenidən "Qremio"ya qayıdır.
Trend xəbər verir ki, Fabritsio Romanonun məlumatına görə, tərəflər 29 yaşlı futbolçunun 2026-cı ilin yayına qədər satınalma hüququ olmadan icarəsi barədə razılığa gəliblər.
Xatırladaq ki, Artur 2018-ci ilə qədər "Qremio"da çıxış edib, sonra "Barselona"ya, daha sonra isə "Yuventus"a transfer olunub.
Ötən mövsüm o, icarə əsasında "Jirona"da, ondan əvvəl isə "Fiorentina"da oynayıb.