...

Sabirabadda yanğın törədən şəxs məsuliyyətə cəlb edilib (FOTO)

Hadisə Materials 22 Avqust 2025 09:10 (UTC +04:00)
Sabirabadda yanğın törədən şəxs məsuliyyətə cəlb edilib (FOTO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Avqustun 21-də Sabirabad rayonu Axıska kəndinin ərazisindəki əkin sahəsində yanğın törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Trend-ə bildirilib ki, araşdırmalarla yanğının 1987-ci il təvəllüdlü Orxan Yordanidze tərəfindən törədildiyi məlum olub.

Hadisə nəticəsində ərazidə quru ot və kol-kos yanıb.

Əməli törədən O.Yordanidze barəsində məsuliyyət tədbiri görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti