...

"İnter" fransalı futbolçunu transfer edib

İdman Materials 22 Avqust 2025 07:34 (UTC +04:00)
"İnter" fransalı futbolçunu transfer edib

Bakı. Trend:

"Lans"ın yarımmüdafiəçisi Andi Diuf karyerasını İtaliya A Seriyasında davam etdirəcək.

Trend xəbər verir ki, Fabritsio Romanonun məlumatına görə, "İnter" fransalı futbolçunun keçidini həll edib.

Milanlılar Diuf transferi üçün "Lans"a 20+5 milyon avro təzminat ödəyəcək. 22 yaşlı orta xətt oyunçusu "İnter"lə 2030-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayacaq.

Qeyd edək ki, 2023-cü iilin yayında "Bazel"dən transfer edib. Fransa U-21 millisinin üzvü ötən mövsüm Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 37 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər lenti

Xəbər lenti