...

Zəngəzur dəhlizinin açılması iqtisadi və siyasi inteqrasiyaya böyük töhfə verəcək - Kamran Əliyev

Cəmiyyət Materials 22 Avqust 2025 14:05 (UTC +04:00)
Zəngəzur dəhlizinin açılması iqtisadi və siyasi inteqrasiyaya böyük töhfə verəcək - Kamran Əliyev
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Laçın. Trend:

Yeni reallıqlar fonunda strateji əhəmiyyət daşıyan məsələlərdən biri Zəngəzur dəhlizinin açılmasıdır.

Trend xəbər verir ki, bunu Baş Prokuror Kamran Əliyev “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda Laçın rayonunda keçirilən beynəlxalq konfransda deyib.

O bildirib ki, bu layihə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru əlaqəsini təmin etməklə yanaşı, bütövlükdə regionun nəqliyyat xəritəsini dəyişəcək, iqtisadi və siyasi inteqrasiyaya böyük töhfə verəcək:

"Prezident İlham Əliyevin vurğuladığı kimi, Zəngəzur dəhlizi təkcə Azərbaycanın milli maraqlarını təmin etmir, eyni zamanda beynəlxalq əməkdaşlıq, ticari əlaqələr və qlobal təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb edir. Onun açılması suverenliyimizin praktiki gücünün, Azərbaycanın regiondakı lider mövqeyinin daha bir göstəricisi olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti