...

Dinlərin və xalqların birgəyaşayış ənənəsini bilərəkdən yaxud məlumatsızlıqdan pozmağa yönələn hərəkətlər qəbuledilməzdir - Azər Qarayev

Siyasət Materials 22 Avqust 2025 12:42 (UTC +04:00)
Dinlərin və xalqların birgəyaşayış ənənəsini bilərəkdən yaxud məlumatsızlıqdan pozmağa yönələn hərəkətlər qəbuledilməzdir - Azər Qarayev
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Son illər sosial şəbəkələrdə ekstremist məzmunlu materialların yayılması hallarının artması müşahidə edilir.

Bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev deyib.

O bildirib ki, ayrı-ayrı şəxslər hərəkətlərinin cinayət olduğunu anlamadan dini fanatik hisslərə qapılaraq, sosial şəbəkə hesablarında terror hadisələri və zorakılıq səhnələri, həmçinin məzmununda belə hərəkətlərə çağırışlar olan posterlər paylaşmaqla, AR CM-nin 167-3 (Dini ekstremist materialları hazırlama, saxlama, yayma və ya bu əməlləri maliyyələşdirmə) maddəsində nəzərdə tutulan hərəkətləri edirlər:

“Bununla yanaşı, digər dinlərə, təriqətlərə, həmin inancın adət ənənələrinə, geyiminə, həyat tərzinə və ictimai xadimlərinə qarşı dözümsüzlük nümayiş etdirərək təhqiramiz fikirlər bildirmək hallarına rast gəlinir. Qeyd olunan hərəkətlər cəmiyyətdə kifayət qədər narahatlıq doğurmaqla, tolerantlıq mühitinə ciddi zərbə vurur və belə əməllər AR CM-nin 283 (Milli, irqi, sosial və ya dini düşmənçiliyin salınması) maddəsinin sanksiyası altına düşür. Qeyd olunan hallar xüsusən dini və dünyəvi bilikləri o qədər də yüksək olmayan, xüsusən yeniyetmə və gənclər arasında daha çox müşahidə edilir”.

“Bir daha cəmiyyətə çağırış edirik ki, ölkəmizdə tarixən formalaşmış, dinlərin və xalqların birgəyaşayış ənənəsini bilərəkdən yaxud məlumatsızlıqdan pozmağa yönələn hərəkətlər qəbuledilməzdir. Dini, milli, irqi mənsubiyyətindən asılı olmayaraq, heç kəs bu motivlərlə qısnamaya məruz qala bilməz və belə ekstremist hərəkətlərə çağırış etmək məsuliyyətə səbəb olur”, - A.Qarayev deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti