Bakı. Trend:
Abşeron rayonunda oğurluq hadisələri qeydə alınıb. Naməlum şəxs
ayrı-ayrı vaxtlarda rayon ərazisində iki vətəndaşa məxsus
avtomobildən mobil telefonlar və məişət əşyaları oğurlayıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Abşeron
Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlə
cinayət əməllərini törətməkdə şübhəli bilinən 22 yaşlı S.Rəcov
müəyyən olunaraq saxlanılıb.
Bildirilir ki, Nizami RPİ-nin 25-ci Polis Şöbəsinin əməkdaşları
tərəfindən keçirilən tədbir zamanı isə paytaxt sakinini aldadaraq
telefonunu ələ keçirən və onun mobil tətbiqindən 1450 manat pul
oğurlayan əvvəllər məhkum olunmuş 33 yaşlı C.Yusifova da
saxlanılıb.
Faktlarla bağlı araşdırmalar aparılır.