Bakı.Trend:
Bu ilin I yarımili ərzində respublika ərazisində 132 təbii mənşəli hadisə qeydə alınıb.
Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd edilib ki, hadisələrdə nəticədə 6 nəfər həlak olub, 12 nəfər xəsarət alıb.
Həmçinin bildirilib ki, təbii mənşəli hadisə olan güclü qar yağması nəticəsində 3 nəfər FHN qüvvələri tərəfindən xilas edilib, 8 nəfər isə təxliyyə edilib.
Eyni zamanda cari ildə yağıntılar səbəbi ilə 56 nəfər təxliyə olunub.