Bakı.Trend:
2025-ci ilin I yarımili ərzində respublika ərazisində 9069 yanğına çıxış olub
Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd edilib ki, hadisələrdə 27 nəfər həlak olub, 93 nəfər yaralanıb.
Həmçinin bildirilib ki, 23 nəfər FHN qüvvələri tərəfindən xilas edilib, 331 nəfər təxliyyə edilib.