...

Azərbaycan, Türkmənistan, Özbəkistan ticarət-iqtisadi əlaqələri dərinləşdirməyi hədəfləyir - Mikayıl Cabbarov

İqtisadiyyat Materials 22 Avqust 2025 11:00 (UTC +04:00)
Azərbaycan, Türkmənistan, Özbəkistan ticarət-iqtisadi əlaqələri dərinləşdirməyi hədəfləyir - Mikayıl Cabbarov
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Avaza. Trend:

Azərbaycan, Türkmənistan, Özbəkistan ticarət-iqtisadi əlaqələri dərinləşdirməyi hədəfləyir.

Trend-in məlumatına görə, bu barədə cümə günü Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Avaza-da jurnalistlərə bildirib.

“Bu baxımdan formatımız bütün istiqamətlərdə münasibətlərin dərinləşməsi üçün yeni səhifələr aça bilər. Rəhbərlərimizin göstərişlərinə əsasən, həmkarlarımızla birlikdə ticarət-iqtisadi, nəqliyyat və enerji sahəsində əlaqələri dərinləşdirmək və genişləndirmək əzmindəyik. Əminəm ki, iclasda müvafiq ümumi bəyanatlar veriləcək və artıq müəyyən işçi qərarlar var, iş formatları var. Ona görə də biz əminik ki, bu təşəbbüs ölkələrimizin iqtisadiyyatlarını, nəqliyyat əlaqələrini və enerji əməkdaşlığını daha da yaxınlaşdıracaq”, - nazir bildirib.

O, həmçinin humanitar sahədə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

“Əminəm ki, bu gün dövlət başçıları bütün bunlara daha konkret qiymət verəcəklər və onların yerinə yetiriləcək tapşırıqlarını verəcəklər”, - deyə nazir fikrini yekunlaşdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti