Laçın.Trend:
Azərbaycanın məhkəmə qurumları ilə bilik və təcrübə mübadiləsinə böyük əhəmiyyət veririk.
Trend xəbər verir ki, bunu Laçında Baş Prokurorluq tərəfindən beynəlxalq konfransda Türkiyə Respublikasının Ali Məhkəməsinin Baş Prokurorluğunun prokurorları Ahmet Gökay Aktaş deyib.
Onun sözlərinə görə, qanunun aliliyi, əsas hüquq və azadlıqların təminatı, hakimiyyət bölgüsü kimi prinsiplər müasir konstitusiyaların əsasını təşkil edir.
“Azərbaycan Respublikasının Konstitusiyasının 30 illiyi münasibətilə sizi ən xoş arzularımla təbrik edirəm. Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda mübarizəsinin institusional təminatı olan Konstitusiyanın 30 illik yubileyi təkcə Azərbaycan üçün deyil, dost və qardaş ölkələr kimi bizim üçün də mənalı və qürurverici bir hadisədir.
Türkiyə Cümhuriyyəti Prokurorluğu olaraq dost ölkələrin, xüsusilə Azərbaycanın məhkəmə qurumları ilə bilik və təcrübə mübadiləsinə böyük əhəmiyyət veririk. Ortaq hüquq mədəniyyətimiz, oxşar konstitusiya yanaşmalarımız, qarşılıqlı etimad bu əməkdaşlığın daha da möhkəmlənməsinə zəmin yaradır”.
Qeyd edək ki, Laçında Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda beynəlxalq konfrans keçirilir. Baş prokuror Kamran Əliyev, MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının icraçı katibi Yuri Nikolayeviç Jdanov və ounun müavini Abduraxmon Xotambekov, Türkiyə Respublikasının Ali Məhkəməsinin Baş Prokurorluğunun prokurorları Ahmet Gökay Aktaş və Mustafa Yakar, eləcə də Gürcüstan Baş Prokurorluğunun Beynəlxalq əməkdaşlıq idarəsinin prokuroru Temur Tsindeliani və digər qonaqlar iştirak edirlər