...

Sabunçuda arvadını kabellə boğmağa çalışan şəxs cərimələnib

Hadisə Materials 22 Avqust 2025 10:36 (UTC +04:00)
Sabunçuda arvadını kabellə boğmağa çalışan şəxs cərimələnib
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Sabunçuda kabellə ona xəsarət yetirən arvadını həmin kabellə boğmağa çalışan kişi cərimələnib.

Trend-in məlumatına görə, hadisə rayonun Ramana qəsəbəsində baş verib.

Belə ki, zərərçəkmiş şəxs övladları dərman içdikdən sonra həmin dərmanı harasa qoyduğu üçün onu tapa bilməyib. Daha sonra təqsirləndirilən şəxs həmin dərmanı axtardıqda evin həyətindən tapıb və buna görə də ona öz iradlarını bildirməyə başlayıb.

Qeyd edilib ki, o durmadan onun ünvanına böhtan xarakterli ifadələr işlətməyə davam edib.Bu zaman aralarında mübahisə yaranıb, zərərçəkmiş şəxs evin dəhlizində olan kabeli götürərək ona zərbələr vurub. Təqsirləndirilən şəxs isə həmin kabel ilə onu boğmağa çalışdıqda onun əlindən çıxıb, sonra isə təqsirləndirilən evdən çıxıb.

Sonda zərərçəkmiş şəxs təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini və təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirib və bu barədə müvafiq ərizəni məhkəməyə təqdim edib.

Sabunçu rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək barəsində 1000 manat məbləğində cərimə cəzası təyin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti