...

Rusiya neftinin bu iki ölkəyə tədarükü dayandırılır

Dünya xəbərləri Materials 22 Avqust 2025 13:55 (UTC +04:00)
Rusiya neftinin bu iki ölkəyə tədarükü dayandırılır
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Drujba" boru kəmərinə endirilən yeni zərbə ilə əlaqədar Rusiya neftinin Slovakiyaya tədarükü tezliklə dayandırılacaq.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Slovakiyanın iqtisadiyyat naziri Denisa Sakova "Facebook" səhifəsində xəbərdarlıq edib.

"Belarus sərhədinə yaxın Rusiya ərazisindəki neft kəmərinin infrastrukturuna endirilib. Nasosun işi tezliklə dayanacaq. Dəymiş ziyanın həcmini müəyyənləşdiririk", -slovakiyalı nazir paylaşımında qeyd edib.

Qeyd edək ki, bundan əvvəl "Drujba" vasitəsilə Macarıstana neft nəqlinin dayandırılması ilə bağlı ölkənin Xarici İşlər Nazirliyinin rəhbəri Peter Siyarto məlumat vermişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti