...

Polis bank kartlarından silsilə oğurluqlar edən şəxsləri saxlayıb

Hadisə Materials 22 Avqust 2025 13:17 (UTC +04:00)
Polis bank kartlarından silsilə oğurluqlar edən şəxsləri saxlayıb
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Paytaxtın Səbail və Sabunçu rayonlarında altı nəfərə məxsus bank kartlarından ümumilikdə 3502 manat pul oğurlanıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu barədə zərərçəkən şəxslər polisə müraciət ediblər.

Məlumatda deyilir ki, polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə talama cinayətlərini törətməkdə şübhəli bilinən 40 yaşlı E.Fəttahov, 32 yaşlı O.Abdurəhimli, 21 yaşlı R.Rəhimov və 17 yaşlı S.Fərzəlizadə saxlanılıblar.

Qeyd edilib ki, bu şəxslərin analoji hadisələrdə iştirakının olub-olmaması ilə bağlı araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti