Bakı.Trend:
“Milan” “Şaxtyor”un futbolçusu Kevin Masedonu transfer etməyi planlaşdırır.
Trend xəbər verir ki, “rossonyerlər” 22 yaşlı vinger üçün artıq indidən hərəkətə keçib.
Belə ki, “Milan” qışda braziliyalının transferi üçün rəsmi təklif də irəli sürəcək. “Şaxtyor”un buna razılıq verib-verməyəcəyi isə hələ ki dəqiq deyil. İtaliya klubu Ukrayna nəhənginin istədiyi məbləği ödəsə, “Şaxtyor” onun gedişinə razılıq verə bilər.
Kevin “Desportivo Brasil”, “Palmeyras” klublarında oynadıqdan sonra 2024-cü ildə “Şaxtyor”a keçmişdi. Qeyd edək ki, Kevinin hazırkı klubu ilə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir.