...

Prezident İlham Əliyev: Azərbaycan və Türkmənistan xalqlarını ortaq tarix, mədəniyyət, dil, din birləşdirir

Siyasət Materials 22 Avqust 2025 12:54 (UTC +04:00)
Prezident İlham Əliyev: Azərbaycan və Türkmənistan xalqlarını ortaq tarix, mədəniyyət, dil, din birləşdirir
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Türkmənbaşı. Trend:

Azərbaycan və Türkmənistan xalqlarını ortaq tarix, mədəniyyət, dil, din birləşdirir.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev avqustun 22-də Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə təkbətək görüşü zamanı deyib.

"Eyni zamanda, bu gün Sizin təşəbbüsünüzlə Türkmənistan, Özbəkistan, Azərbaycan rəhbərlərinin üçtərəfli görüşü keçiriləcək. Mən bunu çox yüksək qiymətləndirirəm, bu, çox yaxşı təşəbbüsdür. Bizim xalqlarımızı ortaq tarix, mədəniyyət, dil, din birləşdirir. Qardaş ölkələrin məsələlərinin üçtərəfli formatda müzakirə edilməsi çox böyük məna daşıyır, bunun çox böyük faydası və gözəl nəticələri olacaq", - dövlətimizin başçısı qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti