...

DİN-dən əməliyyat: paytaxt və bölgələrdə 33 kq narkotik vasitə aşkarlanıb (FOTO/VİDEO)

Cəmiyyət Materials 22 Avqust 2025 15:09 (UTC +04:00)
DİN-dən əməliyyat: paytaxt və bölgələrdə 33 kq narkotik vasitə aşkarlanıb (FOTO/VİDEO)
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Paytaxtın Sabunçu rayonu və Mingəçevir şəhərində keçirilən əməliyyatlar zamanı əvvəllər məhkum olunan Bəhruz Mustafayev, Neyman Əmirov və Nadiq Abbasov saxlanılıblar.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, onlardan 33 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb. Saxlanılanların şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı ilə cinayət əlaqəsinə girərək narkotik vasitələri əldə etdikləri və satış məqsədi ilə əvvəlcədən təyin edilən nöqtələrə yerləşdirməyi planlaşdırdıqları məlum olub.

"Faktla bağlı cinayət işi başlanılıb, hər 3 şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Əməliyyatlar davam etdirilir.

DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədi ilə əməliyyatlar davam etdirilir", - məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti